...

Qazaxda birmərtəbəli binada yanğın olub

Hadisə Materials 18 Dekabr 2022 01:55 (UTC +04:00)
Qazaxda birmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Qazax şəhərində ümumi sahəsi 320 m² olan dörd ailənin yaşadığı birmərtəbəli binada sahəsi 20 m² olan 1 otaqlı mənzilin tavanı və ev əşyaları 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti