...

Beyləqanda törədilən qətllə bağlı cinayət işi açıldı

Hadisə Materials 23 Dekabr 2022 17:44 (UTC +04:00)
Beyləqanda törədilən qətllə bağlı cinayət işi açıldı

Bakı. Trend:

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Beyləqan rayon prokurorluğundan Trend-ə bildirilib ki, dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti