Bakı. Trend:
İspaniyada avtobus çaya düşüb, iki nəfər ölüb, daha üç nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.
"Serdedo-Kotobada avtobusun Leres çayına düşməsi nəticəsində iki nəfər ölüb, üç nəfər itkin düşüb, daha iki nəfər xilas edilib", - deyə qeyd olunub.
Bildirilib ki, yanğınsöndürmə briqadası, İspaniya Mülki Qvardiyası, şəhərlərdən kənar vəziyyətlərə cavab verən hərbiləşdirilmiş polis bölməsi də hadisə yerindədir.