...

Bakıda usta təmir etdiyi avtomobilin altında qalıb öldü

Hadisə Materials 28 Dekabr 2022 11:28 (UTC +04:00)
Bakıda usta təmir etdiyi avtomobilin altında qalıb öldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda usta təmir sexində avtomobilin altında qalıb ölüb.

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti