Bakı. Trend:
İranın Tehran əyalətində İmam Xomeyni adına hava limanı ərazisində iki avtobus toqquşub.
Trend xəbər verir ki, bu barədə Tehran əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat verib.
Qəza nəticəsində 40 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.