...

Qaradağda ərzaq mağazası, Xaçmazda ev yanıb

Hadisə Materials 3 Yanvar 2023 16:45 (UTC +04:00)
Qaradağda ərzaq mağazası, Xaçmazda ev yanıb

Bakı. Trend:

Qaradağda ərzaq mağazası, Xaçmazda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 64 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, bitişik ümumi sahəsi 14 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Sahillər qəsəbəsində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 140 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti