Bakı. Trend:
Quba şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü 70 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.