Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində ümumi sahəsi 52 m² olan birmərtəbəli fin tipli taxta konstruksiyalı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.