...

Bakıda usta işlədiyi evdən 15 min manatlıq oğurluq edib

Hadisə Materials 6 Yanvar 2023 15:37 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda usta işlədiyi evdən külli miqdarda oğurluq edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən evdə usta işləyən Vüsal Həsənov saxlanılıb. Aparılan araşdırmalar zamanı onun oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti