...

Lənkəranda "Niva" çaya düşüb, 2 nəfər ölüb

Hadisə Materials 9 Yanvar 2023 18:40 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.

Bu barədə Trend-ə bu gün DİN-dən bildirilib.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti