...

Şamaxıda inzibati binada yanğın olub

Hadisə Materials 12 Yanvar 2023 19:46 (UTC +04:00)

Bakı. Trend:

Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 m² sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 m² sahədə və içərisindəki əşyalar yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti