...

Qusarda ev yanıb, biri uşaq olmaqla iki nəfər ölüb

Hadisə Materials 14 Yanvar 2023 10:34 (UTC +04:00)
Qusarda ev yanıb, biri uşaq olmaqla iki nəfər ölüb

Bakı. Trend:

Qusar rayonunun Yeni Həyat kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti