...

Məşhur təhsil mərkəzində yanğın olub

Hadisə Materials 14 Yanvar 2023 11:55 (UTC +04:00)

Bakı. Trend:

Dünən saat 16:30-17:00 arasında Galliard restoranının havalandırma sistemində baş verən yanğın STAR Colleges təhsil ocağının ofisinə sıçrayıb. Yanğın zamanı ofisə ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yanğın zamanı ofisin meneceri Rauf A. özünü itirməyərək, çevik şəkildə müəllim heyətini və tələbələri uğurla təxliyə edib. Bununla bağlı müəssisənin sosial media hesabında paylaşım da edilib.

Zərərçəkmiş müəssisə öz rəsmi sosial media hesabından göstərdiyi səylərə görə ofis menecerinə və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkür ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti