...

Göygöldə "Kamaz" minik avtomobili ilə toqquşdu, 8 yaşlı qız öldü

Hadisə Materials 19 Yanvar 2023 09:46 (UTC +04:00)
Göygöldə "Kamaz" minik avtomobili ilə toqquşdu, 8 yaşlı qız öldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yanvarın 18-də saat 19 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Salmanovun idarə etdiyi “Opel” və Şəmkir rayon sakini A.Tağıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə B.Salmanovun 8 yaşlı qızı Ləman hadisə yerində ölüb, anası isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti