...

Naxçıvanda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 23 Yanvar 2023 16:22 (UTC +04:00)
Naxçıvanda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Şərur rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti