...

Bakıda vətəndaşı bıçaqlayaraq evini qarət edən idmançının məhkəməsi başlayır

Hadisə Materials 24 Yanvar 2023 14:34 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbirə Məmmədzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 1-nə təyin edilib.

İttihama görə, istintaq yolu ilə müəyyən edilib ki, Elman Muxtarov ötən il paytaxtda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir müddət sonra həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub.

E.Muxtarova qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib.

Qeyd edək ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti