...

Dəmir yolu xəttində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 2 Fevral 2023 14:35 (UTC +04:00)
Dəmir yolu xəttində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 1-i saat 19 radələrində Abşeron-Puta dəmiryol xəttinin Lökbatan keçidinə yaxın ərazisində 1981-ci il təvəllüdlü Zaur Cavadovun meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zaur Cavadovun qeyd edilən ərazidə hərəkətdə olan qatar tərəfindən vurulması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti