...

Bakıda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 4 Fevral 2023 10:08 (UTC +04:00)
Bakıda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

Bakıda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, Sabunçu RPİ-nin polis nəfərlərinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən 1987-ci il təvəllüdlü, Sabunçu rayon sakini İsmixanov Vəlixan Eldar oğlu saxlanılaraq 13-cü Polis bölməsinə gətirilib.

İsmixanovun cibindən 1 büküm, ümumi çəkisi 30,090 qram psixotrop maddə olan metamfetamin aşkar edilmişdir.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

Xəbər lenti

Xəbər lenti