...

Saray qəsəbəsində narkotik alveri və təbliği ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 6 Fevral 2023 09:37 (UTC +04:00)
Saray qəsəbəsində narkotik alveri və təbliği ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Sumqayıt şəhər sakini Asif Axundov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun üzərinə baxış zamanı satış üçün əldə etdiyi ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Asif Axundovun ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Asif Axundov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti