Bakı. Trend:
İmişli rayonunun Xəlfəli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin (tavanı qamışdan ibarətdir) yanar konstruksiyaları və əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.