...

Naxçıvanda uşağın ölü doğulması faktı ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 15 Fevral 2023 15:37 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Trend-ə verilən məlumata görə, xəstəxananın həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti