Bakı. Trend:
Ötən gün axşam saatlarında Sabirabadın Axtaçı Muğan kəndində yerləşən pambıq zavodunda yanğın olub.
Sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.
Məsələ ilə bağlı FHN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər doğru deyil.
"FHN əməkdaşları arasından zəhərlənən və xəsarət alan olmayıb", - deyə nazirlikdən bildirilib.