...

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb

Hadisə Materials 19 Mart 2023 11:19 (UTC +04:00)
Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, qanunsuz kömür istehsal edənlərin rayonun Astaf kənd sakinləri Elşən Həsənov və Məhəmməd Orucov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Xəbər lenti

Xəbər lenti