...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötdü

Hadisə Materials 20 Mart 2023 16:15 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötdü

Trend-i buradan izləyin

Bakı. Trend;

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 096 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı isə 107 204 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti