...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 23 Mart 2023 11:47 (UTC +04:00)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, mart ayının 22-də saat 20:50-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Məmmədbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti