...

Gəncədə mağaza yanıb

Hadisə Materials 25 Mart 2023 02:16 (UTC +04:00)
Gəncədə mağaza yanıb

Bakı. Trend:

Gəncə şəhərində ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti