...

Bakıda evdə qətlə yetirilmiş meyit tapıldı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 25 Mart 2023 22:53 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən ekspert və kriminalistin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, ölüm səbəbi, xəsarətlərin yaranma mexanizmi və digər halların müəyyən edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə məlumat veriləcəkdir.

XXX

20:58

Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Xəbər lenti

Xəbər lenti