Bakı. Trend:
Həbs qətimkan tədbirinin ləğvinə kömək etmək adı ilə vətəndaşın pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində aparılmış istintaq zamanı Mirafiq Bəşirovun 2022-ci ilin
mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı
İstintaq Təcridxanasında onunla birgə saxlanılan şəxsin yaxınlarına
yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad
edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməsinə, bu
yolla da həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat
məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən
olunub.
Mirafiq Bəşirova Cinayət Məcəlləsinin 32.4, 312.1 və (vəzifəli
şəxsə rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan
vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilərək cinayət
işi baxılması üçün məhkəməyə göndərilib.