...

Kanala düşən avtomobilin sürücüsünün axtarışları davam etdirilir (FOTO/VİDEO)

Hadisə Materials 17 Aprel 2023 17:59 (UTC +04:00)

Bakı. Trend:

Xəbər verildiyi kimi, bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti