...

Bakıda 41 yaşlı kişi evində qətlə yetirildi

Hadisə Materials 24 Aprel 2023 09:13 (UTC +04:00)
Bakıda 41 yaşlı kişi evində qətlə yetirildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 41 yaşlı kişi evində qətlə yetirilib.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 23-ü saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti