...

Qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 24 Aprel 2023 15:23 (UTC +04:00)
Qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə aprel ayının 4-də rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı Q. Salahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti