...

FHN Bakıda yataqxana binasında baş verən yanğınla bağlı ətraflı məlumat yayıb (FOTO)

Hadisə Materials 24 Aprel 2023 23:38 (UTC +04:00)
FHN Bakıda yataqxana binasında baş verən yanğınla bağlı ətraflı məlumat yayıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən Trend-ə bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində taxta konstruksiyalardan ibarət 3 eyvan ümumilikdə təxminən 10m² sahədə, 5-ci mərtəbəsində 2 eyvan ümumilikdə 8m² sahədə və eyvanlardan otaqlara giriş qapı-pəncərələri yanıb. Yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən bina sakinləri operativ olaraq təxliyə edilib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti