...

Bakıda birmərtəbəli ev yanıb

Hadisə Materials 9 May 2023 20:13 (UTC +04:00)
Bakıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti