...

Daşkəsəndə məktəb direktoruna cinayət işi başlandı

Hadisə Materials 12 May 2023 15:56 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daşkəsən rayonunda orta məktəbin direktoruna cinayət işi başlanıb.

Daşkəsən rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Daşkəsən rayon Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbinin direktoru Məmməd Məmmədovun qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan təhsil müəssisəsində 2017-2023-cü illər ərzində dərs, məşğələ saatlarının qeyri-ixtisas müəllimlərə həvalə olunması və əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti