...

Bakı-Ankara təyyarəsi Tbilisi hava limanına məcburi eniş edib

Hadisə Materials 15 May 2023 14:03 (UTC +04:00)
Bakı-Ankara təyyarəsi Tbilisi hava limanına məcburi eniş edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəb olub.

Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti