...

Lənkəranda quyuya düşən 87 yaşlı qadın xilas edilib (VİDEO)

Hadisə Materials 6 İyun 2023 15:18 (UTC +04:00)
Lənkəranda quyuya düşən 87 yaşlı qadın xilas edilib (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən trend-ə verilən məlumata görə, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Xəbər lenti

Xəbər lenti