...

Bakıda yeniyetmə həmyaşıdlarını bıçaqlayıb

Hadisə Materials 10 İyun 2023 11:17 (UTC +04:00)
Bakıda yeniyetmə həmyaşıdlarını bıçaqlayıb

Bakı. Trend:

Qəsdən adam öldürməyə cəhd edən yetkinlik yaşına çatmayan şəxs şübhəli şəxs qismində tutulub.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 10-u saat 01 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 2006-cı il təvvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti