Bakı. Trend:
2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının keçiriləcəyi ölkənin adına aydınlıq gəlib.
Trend xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyası təşkilatçılığına 3 namizəd arasında seçim edib. İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub.
Qeyd edək ki, son qitə çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.