...

Bakıda binada lift qırılıb: xəsarət alanlar var

Hadisə Materials 30 İyun 2023 13:17 (UTC +04:00)
Bakıda binada lift qırılıb: xəsarət alanlar var

Bakı. Trend:

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan Trend-in sorğusuna bildirilib:

“Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək. Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti