...

Şəmkirdə yol qəzası baş verib - ölən var

Hadisə Materials 22 İyul 2023 14:02 (UTC +04:00)

Bakı. Trend:

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə Yasamal aşırımında qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 1995-ci il təvəllüdlü Eldəniz Hüseynov ağır xəsarət alıb. Onun atası Rövşən Hüseynov isə hadisə yerində dünyasını dəyişib.

Yaralı ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Qəzaya avtomobilin təkərinin patlaması səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti