...

Bakıda evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 Sentyabr 2023 18:40 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Binəqədi rayonunda yanğın söndürülüb.

FHN-dən Trend-ə verilən xəbərə görə, rayonun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

17:04

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fərdi yaşayış evi yanır.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti