...

Suraxanıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 4 Sentyabr 2023 06:09 (UTC +04:00)
Suraxanıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd dolab yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan 1 ədəd qaz sayğacı və 1 ədəd kombi aparatı qismən qarsalanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti