...

Cəlilabadda birmərtəbəli ev yanıb

Hadisə Materials 8 Sentyabr 2023 21:24 (UTC +04:00)
Cəlilabadda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Komanlı kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti