...

Göyçayda 56 yaşlı kişi baş nahiyəsindən aldığı xəsarətlərdən ölüb

Hadisə Materials 8 Sentyabr 2023 22:25 (UTC +04:00)
Göyçayda 56 yaşlı kişi baş nahiyəsindən aldığı xəsarətlərdən ölüb

Bakı. Trend:

Bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti