...

56 yaşlı kişi yumruq zərbəsindən ölüb

Hadisə Materials 9 Sentyabr 2023 10:21 (UTC +04:00)
56 yaşlı kişi yumruq zərbəsindən ölüb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 8-də saat 18 radələrində Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Şahsən Yusifova yumruqla zərbə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Novruz Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti