...

Kürdəmirdə dərzi sexində yanğın olub (VİDEO)

Hadisə Materials 17 Sentyabr 2023 17:48 (UTC +04:00)
Kürdəmirdə dərzi sexində yanğın olub (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarının satışı mağazalarına keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yanğın baş verən ümumi sahəsi 16 kvadratmetr olan taxta konstruksiyalardan ibarət dərzi sexi, eləcə də ona bitişik ümumi sahəsi 50 kvadratmetr olan digər dərzi sexinin lambirdən ibarət tavanı 15 kvadratmetr sahədə və plastik qapısı yanıb.

Sexin qalan hissəsi və bitişik tikinti materiallarının satışı mağazaları yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti