Zaqatalada yol qəzası - Piyada ölüb

Hadisə Xəbər 22 Sentyabr 2023 20:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti