...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 24 Sentyabr 2023 19:39 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 31 m² olan studio tipli 3 otaqlı mənzilin mətbəxində 2 p.m mebel və 4 ədəd məişət avadanlığı qismən yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti