...

Hacıqabulda yataqxanada yanğın olub - Ölənlər var

Hadisə Materials 12 Oktyabr 2023 03:39 (UTC +04:00)
Hacıqabulda yataqxanada yanğın olub - Ölənlər var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğın söndürülüb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yanıq xəsarəti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti