...

Bakıda ticarət mərkəzinin 220 kv.m sahəsi yanıb - FHN

Hadisə Materials 24 Noyabr 2023 00:55 (UTC +04:00)

Bakı. Trend:

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində ümumi sahəsi 880kv.m olan mansard tipli üç mərtəbə və zirzəmidən ibarət ticarət mərkəzinin taxta konstruksiya və ondulin dam örtüyündən ibarət mansardı 220 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib.

Xəbər lenti

Xəbər lenti